Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Şirvanda özbaşınalıq: hakim Neftçalanın baş memarını şəhid ailəsindən üstün tutur – Video

Şirvanda özbaşınalıq: hakim Neftçalanın baş memarını şəhid ailəsindən üstün tutur – Video

Şirvanda məmur özbaşınalığı ilə üzləşən və torpağı yağmalanan Vahid Səmədov Reportyor.info-ya video müsahibəsində Neftçalanın baş memarı Vüqar Nağıyevin qanunsuz hərəkətlərindən danışıb.

Qarabağ müharibəsində şəhid olan Səmədov Taleh Şahbala oğlunun qardaşı V.Səmədovun sözlərinə görə, əvvəl Şirvanın, indi Neftçalanın baş memarı olan V.Nağıyev onun torpağını zəbt edib.

“Oğlum Saleh Səmədovun Şirvanın Ərəblinski 18 ünvanında 70 sot torpaq sahəsi alıb. Bu sahəni 2016-cı ildə Qədim adlı şəxsdən alıb. Bu barədə notarial qaydada dövlət sənədi var. Həmin torpaq sahəsi əvvəl Sərvər adlı şəxsin olub.

Sərvərdən də əvvəl Mehman müəllimə məxsus olub. Sonra bu torpağın iki elçisi peyda olub: Mafiyyət müəllimə Şirvanda rus dili müəlliməsi işləyir, digər şəxs isə Neftçalanın indiki baş memarı Vüqar Nağıyevdir.

Bu Vüqar Nağıyev Şirvan şəhərində qeyri-qanuni əməllərinə görə baş memar vəzifəsindən azad olunub. İndi əıində heç bir çıxarış olmadan, qeyri-qanuni sənədlə, mənbəyi bilinməyən bir kağızla torpağı əlimizdən almaq istəyir”.

Şikayətçi bildirib ki, V.Nağıyevdə 1994-cü ilin sənədidir: “Həmin vaxt Vüqar Nağıyev Şirvanın baş memarı idi. Amma torpaq ona məxsus idisə, niyə ona sənəd çıxarmayıb? 2017-ci ilin aprelindən gəlib ki, torpaq mənimdir. Hardan sənin oldu?

Bu torpağı Mafiyyət müəlliməyə satıb, indi çirkin üstü açılmasın deyə torpağı zor gücün alıb ona vermək istəyir. 2016-ci ildəbu işin məhkəməsi başlayıb. Şirvan şəhər məhkəməsinin hakimi Ziya Əliyevin sədrliyi ilə keçirilir.

İki il ancaq Ziya Əliyev qarşı tərəfdən sənəd tələb edib. Lakin Vüqar Nağıyev məhkəməyə heç bir rəsmi sənəd verməyib. Mənim əlimdə Əmlak Komitəsinin çıxarışı və Daşınmaz Əmlak Reyestr Xidmətinin 13 saylı ərazi idarəsindən torpağın reyestri var.

Əlimdə bu qədər sənəd-sübut olduğu halda hakim Ziya Əliyev dövlətin sənədlərini saymır, Vüqar Nağıyevin xeyrinə qərar çıxarıb. Bizim pulumuz yoxdur, vəkil tuta bilmirik, onlar 3 vəkillə məhkəməyə gəlirlər. Ziya Əliyev hansı səbəb onların xeyrinə qətnamə çıxarır? Mən tək məhkəməyə çıxıram, dövlətin sənədi əlimdə prosesə gedirəm, ancaq hakim baş memarı dövlətin sənədindən üstün tutur”.

V.Nağıyev Şirvan-Neftçalada “atanşik” ayaması ilə tanınır. Onun barəsində bu, ilk şikayət deyil. Bu yaxınlarda mətbuatda baş memardan şikayətçi olan xanım Vüqar Nağıyev tərəfindən aldadılaraq xeyli miqdar pulunun mənimsənilməsi və pulunu istədikdə isə dövlət qulluğunda çalışan bir məmura yaraşmayan təhqiramız ifadələrlə təhqir olunduğunu bildirmişdi. Vüqar Nağıyevin barəsində İcra Aparatında xeyli sayda eyni motivli şikayətlər var.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …