Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Siqaret qadağası nə vaxt qüvvəyə minəcək? – VİDEO

Siqaret qadağası nə vaxt qüvvəyə minəcək? – VİDEO

Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun qüvvəyə minsə də onun icrası ilə bağlı qaydalar mövcud olmadığından hələ ki, tətbiq edilmir.
Yaxın vaxtlarda Nazirlər Kabinetinin bu qanunun tətbiqi ilə bağlı yeni qaydaları təsdiqləyəcəyi gözlənilir.
Millət vəkili Musa Quliyevin sözlərinə sözlərinə görə, hələ ki, tütündən istifadənin məhdudlaşdırılması haqqında qanunun tətbiqinə nəzarətin hansı dövlət qurumuna həvalə ediləcəyi bəlli deyil. Ancaq bir sıra ölkələrin təcrübəsində bu qanunun tətbiqinə nəzarət bir dövlət qurumuna həvalə edilmir.
Millət vəkili bildirir ki, bu qanunun tətbiqində əsas məqsəd siqaret çəkənlərin hüquqlarını məhdudlaşdırmaq deyil, əksinə Azərbaycanda tütündən azad zonalar yaratmaq və bundan yaxa qurtarmaq istəyən şəxslər üçün əlverişli şərait yaratmaqdır. Qanunda həmçinin, siqaret çəkməyi tərgitmək istəyən şəxslərə pulsuz tibbi xidmətlərin göstərilməsi də nəzərdə tutulub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …