Ana səhifə / Sosial / Sel Göyçay körpüsünü dağıtdı, 30 kəndlə əlaqə kəsildi

Sel Göyçay körpüsünü dağıtdı, 30 kəndlə əlaqə kəsildi

İyunun 2-də Göyçay çayına gələn sel avtomobil körpüsünü dağıdıb.

Bakı-Şamaxı-Yevlax yolunda nəqliyyatın hərəkəti dayandırılıb. Nəticədə yüzlərlə avtomobil yolda qalıb. Sürücülər alternativ olaraq Göyçay-Ucar-Kürdəmir-Bakı yolundan istifadə edirlər.
Qeyd edək ki, sel çay üzərindəki piyada körpüsünü də aparıb. Şəhərin bir hissəsinin, həmçinin 30-dan çox kəndin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib. Qaz, elektrik və içməli su xətləri yararsız hala düşüb.

Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları, rayon fövqəladə hallar komissiyasının nümayəndələri hadisə yerindədirlər.

Bakı-Şamaxı-Yevlax avtomobil yolundan 15-dən çox rayonun sakinləri mütəmadi istifadə edir.

Xatırladaq k ki, çayda suyun çoxluğu səbəbindən Göyçay şəhəri, Cəyirli, Potu, Çərəkə və başqa kəndlərin sakinləri üçün təhlükə yaranıb. Sel suları çay yatağının genişlənməsinə səbəb olub, ətrafdakı torpaq qatını yuyaraq aparıb, əkin sahələri, meyvə bağları yararsız hala düşüb. (AzərTAc)

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …