Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Sosial / Salyanda müəmmalı yanğın: qazı, işığı olmayan 3 otaqlı ev yandı – FOTO

Salyanda müəmmalı yanğın: qazı, işığı olmayan 3 otaqlı ev yandı – FOTO

Bu gün axşam saatlarında Salyan rayonunun Yenikənd kəndində yerləşən, yaşayış olmayan 3 otaqlı evdə yanğın baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, yeni sahibi Bakı şəhərində yaşadığı üçün yaşayış olmayan evin damının yandığını görən qonşular bu barədə yanğından mühafizə xidmətinə xəbər veriblər.

Hadisə yerinə gəlmiş yanğınsöndürənlər tərəfindən alov söndürülərək, onun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Yanğın baş vermiş evin elektrik və qaz təchizatı olmadığı üçün hadisənin hansı səbəbdən baş verdiyi araşdırılmağa başlanılıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda məşhur parkdakı obyektlər sökülür – Eldar Əzizov əmr verdi (FOTOLAR)

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı  Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında …