Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Sosial / Sağlamlıq imkanları məhdud uşaqlarla 57 layihə icra olunur

Sağlamlıq imkanları məhdud uşaqlarla 57 layihə icra olunur

Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətlərin göstərilməsi məqsədilə 2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bu sahə üzrə ixtisaslaşmış 35 qeyri-hökumət təşkilatı arasında 57 layihə üzrə müqavilə imzalanıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu layihələr əsasında ölkəmizin ayrı-ayrı bölgələrində (Yevlax, Astara, Ağsu, Beyləqan, Yevlax, Lənkəran, Quba, Şəmkir, Masallı, Yardımlı, Ağdaş, Zaqatala, Saatlı, Balakən, İmişli, Şirvan, Qəbələ, İsmayıllı, Kürdəmir və s.) uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi üçün günərzi qayğı və icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir.

Həmçinin layihələr çərçivəsində daun və autizm sindromlu, eləcə də eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası, sosial təhlükəli vəziyyətdə olan uşaqlara sosial-psixoloji yardımın göstərilməsi, sağlamlıq imkanları məhdud uşaqların “Portec” metodikası ilə sosial reabilitasiyası, onların psixo-sosial dəstəklə təmin edilməsi və s. istiqamətlərdə işlər aparılır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanın ən qədim məktəblərindən biri təmir olunur – FOTO

Oğuz rayonunun ən qədim tarixə malik olan məktəblərindən biri də Padar kənd tam orta məktəbidir. …