Ana səhifə / Sosial / Sabunçu-Zabrat yolundakı tıxac aradan qaldırılacaq – RƏSMİ

Sabunçu-Zabrat yolundakı tıxac aradan qaldırılacaq – RƏSMİ

Sabunçu-Zabrat yolundakı tıxac aradan qaldırılacaq.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, səhər saatlarında Sabunçu, Zabrat, Maştağa və bu istiqamətdə olan digər kənd və qəsəbələrdən şəhərin mərkəzi istiqamətində nəqliyyatın hərəkətində müşahidə edilən tıxac da aradan qaldırılacaq.

M.Ağayev deyib ki, bu məqsədlə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək.

Qeyd edək ki, Sabunçu-Zabrat yolunun xüsusilə yolüstü piyada keçidinin yerləşdiyi hissəsində taksilərin avtobus dayanacaqlarında saxlaması, avtobusların isə yolun ikinci və üçüncü zolaqlarında saxlaması pik saatlarında tıxacların yaranmasına səbəb olur.

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …