Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Sabir Rüstəmxanlı: “Rəsulzadənin xatirəsi birləşdirici amilə çevrilməlidir”

Sabir Rüstəmxanlı: “Rəsulzadənin xatirəsi birləşdirici amilə çevrilməlidir”

Yanvarın 31-də Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günü ilə əlaqədar onun Bakının Novxanı qəsəbəsində yerləşən abidəsi ziyarət olunub. 
Ənənəvi olaraq, anım tədbirində siyasi partiya və təşkilatların nümayəndələri, ziyalılar, sadə vətəndaşlar iştirak ediblər.
VHP sədri Sabir Rüstəmxanlı isə bu ziyarətin pərakəndə şəkildə edilməsindən şikayətlənib.
O, bu barədə musavat.com-a açıqlamasında bildirib:“Çox arzulayardım ki, Rəsulzadənin xatirəsi birləşdirici amilə çevrilsin. Bir vaxtlar mən də hər il onun abidəsini ziyarət edirdim və onda bütün rəsmi partiyalar bir yerdə gedirdi. Sonra isə param-parça şəkildə, hərə öz dəstəsi ilə gəlməyə başladı və mən həmin ziyarəti dayandırdım. Amma Ankaraya hər gedişimdə Rəsulzadənin orada yerləşən məzarı üstünə gedirəm. İmkan düşdükcə, Novxanıdakı abidəsini də ziyarət edirəm. Arzu edirəm ki, Rəsulzadəni ziyarət, onun ideyalarının, yolunun davamçılarının birgə ziyarətinə çevrilsin”.

Həmçinin oxuyun

Pensiya, maaş və müavinətlər yenidən artırılır

Cari ilin yanvar ayında ölkədə əmək pensiyaları artırılsa da, maaş və əlilliklə bağlı müavinətlər olduğu …

Bir cavab yazın