Şənbə , Noyabr 17 2018
Ana səhifə / Sosial / Sabah 46 dərəcə isti gözlənilir – Diqqətli olun!

Sabah 46 dərəcə isti gözlənilir – Diqqətli olun!

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin günəşli olacağı gözlənilir. “Qafqazinfo”ya daxil olan məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-27, gündüz 40-43,  Bakıda gecə 25-27, gündüz 40-42 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində

İyulun 03-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 28-29, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30 dərəcə isti təşkil edəcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

Azərbaycanın rayonlarında

İyulun 03-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 40-44,  bəzi yerlərdə 46, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji xəbərdarlıq

İyulun 03-04-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.

VIPedu.BIZ

Həmçinin oxuyun

Prezident Sumqayıt-Bakı qatarı ilə Bakıya gəldi

Prezident İlham Əliyev noyabrın 16-da Sumqayıta səfəri çərçivəsində Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib. …