Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / “Quyruğunu dartıb apardı” – Canavarın hücumundan xilas olan kənd sakini – VİDEO

“Quyruğunu dartıb apardı” – Canavarın hücumundan xilas olan kənd sakini – VİDEO

Şəkinin Aşağı Göynük kəndində canavarlar mal-qaraya hücum ediblər.

ARB TV xəbər verir ki, kənd sakini Rövşanə İlyasovaya məxsus həyətə girən canavar inəyi və onun balasını yaralayıb. Yırtıcı ailə üzvlərinin səs küyündən sonra həyətdən qaçıb. Canavarlar kənd sakini Şahin İbrahimovun da təsərrüfatına ziyan vurub. Belə ki, yırtıcılar ona məxsus inəyi parçalayıblar. Şahin İbrahimov inəyi canavarların hücumundan xilas etmək istəyərkən yırtıcılar ona da hücum edib, lakin ev sahibi qaçaraq xilas ola bilib.

Sakinlərin sözlərinə görə, bu, canavarların Ağağı Göynük kəndində təsərrüfatlara ilk hücumu deyil.

Rövşanə İlyasova – Kənd sakini: “Canavar quyruğundan dartıb aparmaq istədi, inək qurtulmaq üçün çabalayanda quyruğu canavarın ağzıda keçdi”.

Şahin İbrahimov – Kənd sakini: “Bu kənddə hər gün belə vəziyyət baş verir. Axşam oldusa kəndlərə, həyətlərə hücum çəkirlər. Həyətə düşmək təhlükəlidir”.


Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …