Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Qurban bayramına görə pensiyalar tez verildi

Qurban bayramına görə pensiyalar tez verildi

Qurban bayramı münasibətilə avqust ayı üzrə bütün növ pensiyaların maliyyələşdirilməsi artıq başa çatdırılıb.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Moderator.az-a verilən məlumata görə, Qurban bayramı münasibətilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.

Fond avqust ayının 9-da Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, avqustun 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, avqustun 15-də ölkənin digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib. Eyni zamanda avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.

Pensiyaların maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …