Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Qarabağ qazisi əlillik dərəcəsini ala bilmir: “Ermənilərin 3 tankını vurdum, onu başqasının adına yazdılar” – Müraciət (Fotolar)

Qarabağ qazisi əlillik dərəcəsini ala bilmir: “Ermənilərin 3 tankını vurdum, onu başqasının adına yazdılar” – Müraciət (Fotolar)

Qarabağ müharibəsi veteranı Quliyev Mürsəl Nəsib oğlu Azərbaycan Ali Baş komandanı, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Qarabağ savaşından 3 erməni tankını vuran Mürsəl Quliyev Avropa.info-ya açıqlamasında əlillik pensiyasını ala bilmədiyini deyib.

1991-ci ildən 1996-ci ilədək Qarabağ uğrunda savaşlarda iştirak edən Tərtər rayonu Qapanlı kənd sakini Quliyev Mürsəl Nəsib oğlu müraciətində indiyədək Qarabağ əlili olmasına baxmayaraq, pensiya ala bilməməsindən şikayətlənib və bunun üçün döymədiyi qapılar qalmadığını, ancaq problemlərinin həll olunmadığını qeyd edib.

Mürsəl Quliyev bildirib ki, Vətən uğrunda savaşlarda Tərtər rayonu ilə qonşu Ağdərə istiqamətindəki döyüşlərdə fəali iştirak edib və düşmənin 3 ədəd T72 tankını məhv edib.

M. Quliyev 1991-ci ildə Tərtərdə yaradılan könüllülərdən ibarət batalyonda vuruşub, 1993-cü ildən isə nizami ordu sıraları tərkibindəki hərbi hissələrdə hərbi qulluğunu davam etdirib.

M. Quliyevin sözlərinə görə, 1992-ci ildə bir zamanlar Ağdərə rayonun tərkibində olan Marquşavan və Marağa kəndləri uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Mürsəl elə ilk etməni tankını də 1992-ci ilin aprelində Marquşavan və Marağa kəndi uğrunda gedən savalaşarda vurub.

O deyib ki,  iştirak etdiyi növbəti əməliyyat 1992-ci ilin may ayında Torpaqtəpə, Həsənqaya istiqamətində olub. Bu döyüşlərdə 150-dən artıq erməni döyüşçüsü məhv edilib.

1992-ci ilin may ayının sonundan etibarən Ağdərənin erməni işğalçılarından azad edilməsində həyata keçirilən hərbi əməliyyatlar fəal iştirak etdiyini vurğulayan M. Quliyev deyib ki, 2-ci erməni tankını isə 1993-cü ildə Çardaxlı istiqamətindəvurub.

“Ancaq sonradan hansı səbəblərdənsə batalyon rəhbərliyi bu tankın vurulmasını mənim adıma deyil, batalyonun sürücüsü Mərdanov Adilin adına yazıb. Baxmayaraq ki, mənim erməni tanklarını vurmağımla bağlı canlı şahidlərim var və bunu Tərtərdə hamı bilir.

Üçüncü tankı isə 1994-cü ilin aprelində ermənilərin Doneşen istiqamətindən gecə yarısı Tərtər istiqamətində hücumu zamanı vurmuşam. 3-cü tankı vurandan sonra Müdafiə Nazirliyinin “And” hərbi verilişi mənimlə bağlı xüsusi veriliş hazırlayıb və hazırda da bu videolentlər mövcuddur. O zaman Azərbaycan telekanallarında mənim göstərdiyim şücaətlərlə bağlı verilişlər efirə gedib. Elə həmin döyüşdə ağır kontuziya aldım və Tərtərdəki hərbi qospitalda 11 gün müalicə aldım. Elə problemlər də bundan sonra başladı. Çünki qospital mənim müalicə almağım və xəstəliyimlə bağlı hər hansı sənəd vermədi. Qospitalda müalicə almağıma baxmayaraq, adım müalicə alanlar sırasında olmayıb. Tələb etsəm də qospital rəhbərliy müxtəlif bəhanələrlə boyun qaçırdı və bu kağızı mənə verməkdən yayındı”,- deyə M. Quliyev bildirib.

M. Quliyev bildirib ki, ilk illərdə gənc olsam da, səhhətimdə elə problem yaranmırdı: “Ancaq son illərdə səhhətimdə ciddi problemlər yaranıb. Elə olur ki özümü idarə edə bilmirəm. Pensiya almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsəm də, məndən xəstəliklə və qospitalda müalicəmlə bağlı sənədləri tələb edirlər. Qospitalda mənə zamanında həmin sənədləri vermədiyindən çıxılmaz vəziyyətə düşürəm. Sonralar da qospital rəhbərliyinə müraciət etsəm də, onlar mənim müalicə almağımla qeydiyyatın aparılmadığını əsas gətirərək, bu sənədi mənə verməkdən imtina edib. Baxmayaraq, həmin dövrdə qospitalda müalicə almağımla bağlı şahidlərim var. Qospital rəhbərliyi isə deyir ki, qeydiyyat və sənədləşmə işi aparılmadığından həmin sənədləri verə bilmərik. İndi də qalmışam Müdafiə Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında… Səbəb də səhhətimlə bağlı təsdiqedici sənədin olmamasıdır və mənə verilməməsidir”.

Qarabağ müharibəsi veteranı üzləşdiyi çıxılmaz durumda probleminin həlli üçün ölkə başçısından yardım istəyir.

“Azərbaycanın Ali Baş komandanı, ölkə başçısı İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına, şəhid ailələrinə böyük diqqət və qayğısının şahidiyik. Ölkə başçısı və Birinci vitse-prezidentin qayğısı nəticəsində Qarabağ uğrunda savaşanların və şəhid ailələrinin problemlərinin həlli istiqmətində davamlı işlər görülür. Onların sosial şəraitinin yaxşılaşdırılması, evlə təmin olunması, müalicə alması ilə bağlı tədbirlər görülür. Bütün bunları nəzərə alaraq Ali Baş komandan, Azərbaycan prezidenti İlham Əliyevə və Azərbaycanın Birinvi vitse-prezidenti Mehriban xanım Əliyevadan üzləşdiyim problemin həllində yardımçı olmağını istəyirəm. Mənim də bu Vətən qarşısındakı xidmətlərimə görə əlilliyimin təsdiq olunmasını istəyirəm. Əgər lazımdırsa, xüsusi bir komissiya yaradılsın və həmin komissiya mənim qospitalrda müəlicə olunmağım, kontuziya almağım, səhhətimlə, ümumiyyətlə keçdiyim döyüş yolu araşdırılsın. Son ümid yerim Sizsiniz, cənab Ali Baş komandan … Ümid edirəm ki, bu məsələ ancaq Sizin müdaxiləniz, diqqət və qayğınız nəticəsində öz müsbət həllini tapa bilər”, – M. Quliyev bildirib.

Avropa.info

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …