Şənbə , Sentyabr 22 2018
Ana səhifə / Sosial / “Qanunsuz tikililərə son qoyulmalıdır” – Deputat Prezidentin mesajlarına diqqət çəkdi

“Qanunsuz tikililərə son qoyulmalıdır” – Deputat Prezidentin mesajlarına diqqət çəkdi

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox məqamlara toxunub. Tikinti sahəsindəki pərakəndəliyə diqqət çəkən ölkə başçısı qeyd edib ki, bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir:

 

“Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar”.

 

Moderator.az əbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a ölkə başçısının göstərişlərindən sonra bu sahədəki neqativlərin tədricən aradan qalxacağına ümid etdiyini bildirib:

“Prezident bir çox məsələlərə toxundu. Azərbaycanda altı ayın nəticələri açıqlandı. Bildiyiniz kimi, altı ayda ÜDM-də, qeyri-neft sektorunda, sərmayə qoyuluşunda müəyyən qədər artım var. Bununla bərabər, prezident Mingəçevirdəki hadisələrə görə haqlı olaraq günahkarların düzgün cəzalandırılmasını tələb etdi. Korrupsiya və rüşvətxorluq məsələlərinə diqqət çəkdi”.

 

Deputatın sözlərinə görə, ümumiyyətlə tikinti sahəsində özbaşınalıq hökm sürür:

“Kim harada istəyir, haqqını ödəyir bina tikir. Sonra da bir evi bir neçə adama satır. Hazırda Bakının Baş Palnı hazırlanır. İlham Əliyevin də xəbərdalıqda bildirdiyi kimi, İcra Hakimiyyəti orqanları buna diqqəti artırmalıdırlar. İindi bütün yük Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə düşür. Çünki nəzarət mexanizmi Komitəyə verilib. Düzü elə sovet dövründə də belə komitə vardı, hansı ki, tikinti işlərini həyata keçirirdi. Amma hazırkı proseslərin vahid mərkəzdən idarə olunmağı sevindirici haldır. Xüsusilə Komitəyə cəlb edilən yeni kadrlara göstərilən etimadı doğrultmağın vaxtıdır. Mütəxəssislər araşdıracaq, standartlara uyğun tikintiyə icazə veriləcək, uyğun olmayanına icazə verilməyəcək”.

Həmçinin oxuyun

Bəzi rayonlarda sürüşmə sahələri aktivləşib: Təhlükə var (VİDEO)

Astarada sürüşmə zonalarında aktivlik yaranıb. Torpaq qatı sürüşərək evlərin ətrafına yayılıb. Söhbət Astaranın Miki kəndindən …