Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / “Qəbir yerlərinin satılmasının qarşısı alınacaq” – Dövlət Komitəsinin şöbə müdiri

“Qəbir yerlərinin satılmasının qarşısı alınacaq” – Dövlət Komitəsinin şöbə müdiri

“Azərbaycanda artıq “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” təsdiqlənib. Təsdiq edilən yeni qaydalar neqativ halların qarşısını alacaq. Bütün qəbir yerləri dəfni həyata keçirilənlərə nizamlı şəkildə veriləcək”.

“Report” xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib.

Şöbə rəisi bildirib ki, qəbirlər sıra nömrələrinə uyğun olacaq: “Bu, neqativ halları, xaosu aradan qaldıracaq. Qəbiristanlıqlarda mənfi hallar var idi ki, qəbir yerləri satılırdı, pul tələb olunurdu… Bu qaydalardan sonra isə belə halların baş verməsinin qarşısı alınacaq. Bələdiyyələrin tərkibində qəbiristanlıqların idarə edilməsi ilə bağlı xüsusi qurum yaradılacaq”.

Həmçinin oxuyun

Maşın bazarında durğunluğun səbəbi nədir? (VİDEO)

Ötən illə müqayisədə avtomobil bazarında durğunluq müşahidə edilir. Bunu avtomobil bazarına üz tutan insanlarn sayından …