Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Putin: “İlham Əliyev uzaqgörən siyasətçi və etibarlı dostdur”

Putin: “İlham Əliyev uzaqgörən siyasətçi və etibarlı dostdur”

İki gün sonra, 24 dekabrda Azərbaycan prezidenti İlham Əliyevin 55 yaşı tamam olacaq. Azərbaycanın dövlət başçısını qarşıdakı ad günü münasibəti ilə ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putin olub.

Azinforum.az AzərTAc-a istinadən bildirir ki, V.Putin İ.Əliyevə ünvanladığı təbrik məktubunda yazıb: “Hörmətli İlham Heydər oğlu.

55 illik yubileyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz Azərbaycanın sosial-iqtisadi inkişafı üçün çox işlər görən təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərinizin səmimi hörmətini qazanmısınız və beynəlxalq aləmdə yüksək nüfuza sahib olmusunuz.

Rusiyada Sizi ölkəmizin etibarlı dostu, Rusiya-Azərbaycan strateji tərəfdaşlığının, müxtəlif sahələrdə ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsinin prinsipial tərəfdarı kimi tanıyırlar.

Bizim aramızda yaranmış etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Sizinlə konstruktiv ünsiyyətin və səmərəli birgə işin davam edəcəyinə ümidvar olduğumu bildirirəm…”.

Həmçinin oxuyun

Yanan obyektlərin sığorta problemi

2011-ci ildən ölkədə daşınmaz əmlakın sığortalanmasının icbari olmasına baxmayaraq, bu sahədə ciddi boşluqlar var. “EuroHome”, …

Bir cavab yazın