Ana səhifə / Sosial / Prezidentin çıxışından sonra ictimai nəqliyyatda nə dəyişəcək?!

Prezidentin çıxışından sonra ictimai nəqliyyatda nə dəyişəcək?!

Nəqliyyatda həyata keçirilən ictimai nəzarət və yaxın zamanlarda gözlənilən dəyişikliklər barədə ekspertlər danışacaq
Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasda İlham Əliyev bəyan edib ki, ictimai nəqliyyatda vəziyyətlə bağlı müvafiq qurumlar tərəfindən təftiş aparılmalıdır. Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları da onlara nəzarət etməlidir. Bu prosesdə ictimai nəzarət güclü olmalıdır ki, burada da əhəmiyyətli rol vətəndaşların üzərinə düşür.
Nəqliyyatda ictimai nəzarət necə həyata keçirilir və yaxın zamanlarda hansı dəyişikliklər gözlənilir? Bu barədə 18 oktyabr saat 12:00-da “Sputnik Azərbaycan” Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında ətraflı bəhs ediləcək.
Tədbirdə iştirak edəcəklər:
“Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov, “Sürücülərin təhsilinə yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov və nəqliyyat sahəsinin eksperti Hüseyn Abdullayev.
Tədbir “Həyat” Humanitar Dəstək İctimai Birliyinin dəstəyi ilə keçirilir.
Əlaqə vasitələri:
Telefonlar: 404-13-84/85,
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzinin binası.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …