Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / Prezidentin “ASAN Xidmət”lə bağlı fərmanından sonra İşçi Qrupu yaradıldı

Prezidentin “ASAN Xidmət”lə bağlı fərmanından sonra İşçi Qrupu yaradıldı

Ötən gün prezident İlham Əliyevin “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə əlaqədar 1 saylı Asan Xidmət Mərkəzində tədbir keçirilir.

“Qafqazinfo” xəbər verir ki, İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Elnur Niftəliyev jurnalistlərə açıqlamasında bildirib ki, fərmana əsasən Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycanın digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Prezidentin 2012-ci il 5 sentyabr tarixli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək. Bununla da, “ASAN xidmət” mərkəzləri müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir:

“Hazırda müvafiq proseslərinin daha səmərəli formada tənzimlənməsi məqsədi ilə İşçi Qrup formalaşdırılıb. Həmçinin, aidiyyatı qurumlarla birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir. Fərmanın icrasına ən qısa müddətdə başlanılacaq”.

E. Niftəliyevin sözlərinə görə, Bakı şəhərində bu xidmətlər alternativsiz olaraq “Asan Xidmət”  mərkəzlərində göstəriləcək:

“Regionlarımızda isə vəziyyət bir qədər fərqlidir. Tutaq ki, Qubada “Asan Xidmət” mərkəzi olduğu üçün Quba sakinlərinə bu xidmətlər alternativsiz olacaq. Amma qonşu rayonun sakinlərinə həm də digər dövlət qurumları da xidmət göstərəcək. Daha çox müraciət olunan dövlət xidmətləri ilə bağlı təhlillər aparılacaq. Ola bilsin ki,  gələcəkdə pəncərələrin  və əməkdaşların sayı artırılsın. Bu təhlillərin nəticəsi olaraq fərmanın icrasına qısa müddətdə başlanılacaq”.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …