Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Pensiyası 180 manat olanlara 4 manat 50 qəpik, 200 manat olanlara 5 manat… – Artım belə olacaq + RƏQƏMLƏR

Pensiyası 180 manat olanlara 4 manat 50 qəpik, 200 manat olanlara 5 manat… – Artım belə olacaq + RƏQƏMLƏR

“Pensiya artımı 4-6 manat intervalında dəyişəcək”.
Mia.az xəbər verir ki, bu fikirləri iqtisadçı-alim Qubad İbadoğlu deyib.
O, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin bugünkü açıqlamasını şərh edib və pensiya artımı ilə bağlı proqnozunu açıqlayıb:
“Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri açıqlamasında bildirib ki, pensiyaçılar artımları gələn aydan etibarən ala biləcəklər. Bununla bağlı nazir onu da əlavə edib ki, müvafiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmalıdır.
DSK-dan gözlənilən rəqəm illik inflyasiya göstəricisidir. Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 2,5 faizdən çox olmayacaq.
Belə olan halda da pensiyalar ötən ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Yəni, ötən ilki pensiyası 180 manat olanlar üçün artım bu il 4 manat 50 qəpik, 200 manat olanlar üçün artım 5 manat, 220 manat olanlar üçün artım 5 manat 50 qəpik, 250 manat olanlar üçün artım 6 manat 25 qəpik artım olacaq.
Məlumat üçün qeyd edim ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir.
Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub”.

Həmçinin oxuyun

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi

Elm və Təhsil Nazirliyi “Şərq-Qərb” ASC (VÖEN – 2000043631) ilə 1 milyon 996 min 500 …