Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Pensiyaçılara şad xəbər – 35 faiz artım olacaq

Pensiyaçılara şad xəbər – 35 faiz artım olacaq

“45 min 500 insanın pensiyası 35 faiz artacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, pensiya təyinatının avtomatlaşdırılması pensiya sistemində inqilabi dəyişikliyə səbəb olacaq.

“Artıq insanlar pensiyaya çıxan zaman bürokratik əngəllərə məruz qalmadan işlərini həll edəcəklər. Yanvarın birindən 67 min insan elektron sistem vasitəsilə pensiya alacaq. Bu, bir saatda baş verəcək”.

S. Babayev 38 min insanın pensiya hüququnun yaranacağını vurğulayıb: “Onların bu gün aldığı müavinət 48 faiz artacaq. 93 min insanın gəlirlərində 48 faiz artım olacaq”.

Günel Hacı

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …