Cümə , Dekabr 14 2018
Ana səhifə / Sosial / Partiyalarda ilsonu tədbirləri; 2016-ya Elçibəyin məzarı önündə yekun vuranlar da var

Partiyalarda ilsonu tədbirləri; 2016-ya Elçibəyin məzarı önündə yekun vuranlar da var

2016-cı ilin son günlərini yaşayırıq. Siyasi təşkilatların ilin yekunu və son günləri üçün hansısa tədbirlərinin olub-olmadığını araşdırdıq. 
VİP sədri Əli Əliyev bildirdi ki, ilin yekunu olaraq partiyasının ən böyük tədbiri artıq bir neçə gün öncə keçirilib: “Dekabrın 24-də gənclərlə görüşümüz oldu. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı ilin son iclası Siyasi Şura səviyyəsində olacaq. İnşallah onu da keçirib ilə yekun vuracağıq, gələn ilin də ilkin müzakirələrini aparacağıq”.
Yeni AXCP-nin sədri Razi Nurullayev bildirdi ki, ilin son tədbiri kimi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dekabrın 27-də  Əbülfəz Elçibəyin məzarını ziyarət ediblər: “Bayram tədbirimizi Əbülfəz bəyin məzarı önündə keçirdik. 2017-ci ilə olan gözləntilərimizi və mesajlarımızı da verdik”.
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, ilin yekunu ilə bağlı xüsusi bir tədbir keçirməyi nəzərdə tutmurlar: “Ancaq AĞ Partiya bizim də təmsil olunduğumuz ”Milli Təşəbbüs Qrupu” bugünlərdə Milli Həmrəylik günüylə əlaqədar böyük tədbir təşkil edəcək. Bundan başqa, bugünlərdə AĞ Partiya Gənclər Qollarının təsis iclasını keçirdik və birləşmiş müxalifətlə birlikdə iqtisadi böhranla bağlı tədbirimiz oldu. Bugünlərdə partiyanın Məclisinin iclasını da keçirərək ilin yekunlarını müzakirə etməyi düşünürük”.
BAXCP sədrinin müavini Elçin Mirzəbəyli isə dedi ki, dekabrın 27-də partiyanın qərargahında ilin yekunu ilə bağlı rəmzi bir tədbir keçirilib: “Partiya sədrinin iştirakı ilə icra strukturlarında, MNTK-da və İdarə Heyətində təmsil olunan şəxslər bir masa arxasına toplaşaraq, həm ilin yekunu ilə bağlı, həm də qarşıdan gələn ildə həyata keçirəcəyimiz tədbirlərlə bağlı müzakirə aparıldı, qarşıdakı günlərdəki bayramlar qeyd edildi”.
Ümid Partiyasının sədr müavini Tamilla Qulami isə qeyd etdi ki, ilin yekunu ilə bağlı tədbirləri artıq keçirilib: “24 dekabrda Ümid Partiyası ilin yekunları ilə bağlı müşavirə, partiyanın  Ali Məclisi  növbəti sessiyasını keçirib. Partiyanın Mərkəzi Qərargahında rayon təşkilatlarının sədrlərinin iştirakı ilə cari ilin yekunları ilə bağlı genişləndirilmiş müşavirə keçirilib. Müşavirədə Ümid Partiyasının sədri İqbal Ağazadə ölkədə və regiondakı ictimai-siyasi vəziyyət,  əhalinin həyat səviyyəsinin günü-gündən ağırlaşmasının, kəskin qiymət artımlarının səbəbləri və mövcud böhrandan çıxış yolları, habelə 2016-cı ilin yekunları ilə bağlı məruzə ilə çıxış edib, qarşıda duran vəzifələr və görüləcək işlər barədə müzakirələr oldu, görüləcək işlərlə bağlı  rayon təşkilat sədrlərinə tapşırıq və tövsiyələr verilib. Sonda Ali Məclisin növbəti sessiyası keçirilib”.
AMİP katibi Əli Orucov bildirdi ki, ilin sonu olduğu üçün hər hansı siyasi təbirin keçirilməsi gözlənilmir. Amma bu həftə AMİP Siyasi Şurasının genişləndirilmiş iclasında il ərzində görülmüş işlərin müzakirəsi və qiymətləndirilməsi olacaq: “Bu il üçün qarşıya qoyduğumuz işlərin nə dərəcədə yerinə yetirilib-yetirilməməsi ilə bağlı müzakirələr aparılacaq. Həmçinin gələn ilin 6 ayı üçün partiyanın müxtəlif sahələr üzrə iş planının müzakirə olunub qəbul ediləcəyi də  gözlənilir. Sonda Siyasi Şura üzvlərinin və fəallarımızın iştirakı ilə bayram tədbiri də keçiriləcək. Təbii ki, ənənəvi olaraq AMİP-in Azərbaycan xalqına təbrik mesajı da olacaq”.
VIPedu.BIZ

Həmçinin oxuyun

Moskvada minimal pensiya nə qədərdir?

Rusiya paytaxtı Moskvada sosial standart həcmi 2019-cu ildə dəyişməz qalacaq. Pensiyaya aylıq regional əlavənin müəyyən …

Bir cavab yazın