Bu barədə AzNews.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib. Onun sözlərinə görə, xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb:

“Hazırda xəstəxanada 12 nəfər müalicə olunur. Müraciət edənlərin əksəriyyətinə ambulator yardım göstərilərək evə buraxılıb. Xəstəxanada qalan xəstələrin isə vəziyyətləri normaldır”.

S.Əhmədova bildirib ki, analizlərin nəticələri açıqlanandan sonra hadisənin hansı səbəbdən baş verməsi məlum olacaq.

Xatırladaq ki, İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib.