Ona yüksək dozada narkoz verildiyindən dünyasını dəyişib – İDDİA

Arı sancması səbəbindən xəstəxanaya yerləşdirilən 24 yaşlı gənc bir gün sonra orada həyatını itirib.

Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. Ötən ayın 27-də qəsəbədə məskunlaşan Qubadlı rayon sakini 24 yaşlı Cavid İmanlını qolundan arı sancıb. Bundan bir neçə gün sonra o, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Cavidin qardaşı Mehman İmanov deyir ki, qardaşı xəstəxanaya daxil olarkən ondan həm qan, həm də qolunda çirkin olub-olmamağı ilə bağlı analizlər götürülüb.

Bundan sonra Cavid İmanlı əməliyyata götürülüb. Yaxınları iddia edirlər ki, ona yüksək dozada narkoz verildiyindən dünyasını dəyişib. Atası Filman Həsənov oğlunun ölümündə onu əməliyyat edən həkim Tağı Əliyevi ittiham edir.

Məsələ ilə bağlı ölüm hadisəsində adı hallanan həkim Tağı Əliyev deyir ki, Cavid İmanlı xəstəxanaya müraciət edərkən orta-ağır vəziyyətdə olub. Arının zəhəri onun bədəninə nüfuz etdiyindən bəzi orqanları sıradan çıxıb. Yekun rəy isə belə olub ki, xəstə əməliyyat olunmalıdır.

Faktla bağlı Səhiyyə Nazirliyinin müvafiq şöbəsi tərəfindən araşdırma aparılır. Kimin günahkar olması isə bu araşdırmadan sonra bəlli olacaq.

Inline
Inline