Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Ölkəyə malların çoxu bu zərərli qablarda gətirilir

Ölkəyə malların çoxu bu zərərli qablarda gətirilir

“Azərbaycana gətirilən malların çoxu plastik qablardadır. Bir sıra ölkələr bu problemin həlli üçün vacib işlər görüb”. 

Bu sözləri bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Adil Zeynalov deyib.

O, qeyd edib ki, plastik qablaşdırma materialları qlobal problemdir. Beynəlxalq səviyyədə bu qablardan istifadənin azaldılması istiqamətində təşəbbüslər və təkliflər var.

“Azərbaycan da bu qlobal problemdən yan keçə bilmir. Polietilenin çürüyərək, yox olması üçün torpaqda 800 il, dənizdə isə 400 il vaxt lazımdır. Biz özümüz bilərəkdən bu qablardan dəfələrlə istifadə edirik. Marketlərdə satılan sərinləşdirici içkilər günəş altında saxlanılır və zərərli maddə məhsula keçir” —deyə Zeynalov qeyd edib.

Zeynalovun sözlərinə görə, Azərbaycanda plastik qabların geri alınması təcrübəsinin olmaması ciddi problemlər yaradır. Buna görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bununla bağlı iş aparacaq.

“Yenidən toplanma təkrar istehsal üçün nəzərdə tutulmur. Bu gün plastik qablardan istifadə 10-12 faizdir. 60-cı illərdə isə bu rəqəm 1 faiz olub” — deyə o bildirib.

Həmçinin oxuyun

Silah-sursat anbarının tikintisi ilə bağlı qalmaqal: 11 il həbs və 10 milyonluq əmlak müsadirəsi

Müdafiə Nazirliyinin sifarişiylə silah-sursat anbarının tikintisini öhdəsinə götürmüş “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbəri Üzeyir Həsənova 11 …