Cümə , Yanvar 18 2019
Ana səhifə / Sosial / Oğuzda odun üstündə kütləvi dava – VİDEO

Oğuzda odun üstündə kütləvi dava – VİDEO

Oğuz rayonunda odun üstündə kütləvi dava zamanı biri ağır olmaqla, iki nəfər xəsarət alıb.

Belə ki, Oğuz Rayon Mərkəzi Xəstəxanasına rayonun Calut-1 kənd sakini, 31 yaşlı Zamin Quliyev və Calut kənd sakini, 26 yaşlı Sərvər Xamdiyev bədən xəsarətləri ilə daxil olublar.

Müayinə zamanı Z.Quliyevə əlin üçüncü barmağının kəsiyi diaqnozu qoyulub və o, xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması alan 26 yaşlı S.Xamdiyev isə Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Onlar aralarında yaranan mübahisə zamanı bir-birilərinə xəsarət yetiriblər.

Davanın daha iki iştirakçısının da polis tərəfindən saxlanıldığı bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Prezidentin “ASAN Xidmət”lə bağlı fərmanından sonra İşçi Qrupu yaradıldı

Ötən gün prezident İlham Əliyevin “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə …