Çərşənbə , Sentyabr 26 2018
Ana səhifə / Sosial / Oğluna iş verilmədiyini deyən şəxsin şikayəti araşdırıldı

Oğluna iş verilmədiyini deyən şəxsin şikayəti araşdırıldı

Goranboy rayonu, Yuxarı Ağcakənd qəsəbəsində məskunlaşmış Xocalı şəhər sakini Tünzalə Həsənovanın oğlu İlkin Həsənova iş verilməməsi və məşğulluq mərkəzinin buna münasibət göstərməsi barədə bəzi mətbuat orqanlarında yayılan məlumatlarla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları vətəndaşın ünvanında olaraq vəziyyəti ilə yerindəcə tanış olublar.
 Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov məlumat verib.

Onun sözlərinə görə, Xocalı rayon Məşğulluq Mərkəzi tərəfindən Mənzil Kommunal İstismar Sahəsində və Kommunal Müəssisələr Kombinatında mövcud olan boş (vakant) işlər təklif olunub. Lakin vətəndaş həmin işlərdən imtina edərək bildirib ki, oğlunun sürücü və ya gözətçi işi ilə təmin olunmasını istəyir. Vətəndaşa bildirilib ki, hazırda onun tələbinə uyğun vakant iş yeri yoxdur və belə bir vakansiya mərkəzə daxil olarsa, vətəndaşa lazımi köməklik göstəriləcək.

Qeyd olunub ki, Xocalı rayon Məşğulluq Mərkəzi tərəfindən ailənin kiçik təsərrüfatını qurması üçün potensialı olduğu nəzərə alınaraq İlkin Həsənovun özünüməşğulluq proqramına cəlb edilməsi də təklif olunub. Lakin o, qeyd olunan təklifdən də övladının səriştəsinin olmadığını əsas gətirərək imtina edib.

Buna baxmayaraq Xocalı rayon Məşğulluq Mərkəzinin göndərişinə əsasən Tünzalə Həsənovanın həyat yoldaşı Coşqun Həsənov 54 saylı Yol İstismarı İdarəsində işlə (aylıq vəzifə maaşı 373 manat) işlə təmin edilib.

Tünzalə Həsənovanın özü isə Xocalı şəhər 5 saylı tam orta məktəbdə texniki vəzifədə (aylıq vəzifə maaşı 175 manat) işləyir.

Münasib vakansiya yarandığı halda oğlu İlkin Həsənovun da işlə təminat məsələsini baxılacaq.

Həmçinin oxuyun

Bakıda yeni tikili çökdü – VİDEO

Bakıda tikilməkdə olan yaşayış binası çöküb. Azinforum.az  minval.info-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu, …