Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə 2 aydan yuxarıdır küçələrdə yaşayan Leyla Sayadovanın çıxışlarına münasibətində deyib.

O, qadının bu çıxışlarını Xocalı sakinlərinə təhqir, məcburi köçkünlərə qarşı təxribat hesab edir:

“Qadın yalançı və fırıldaqçıdır. Əri içki düşkünüdür, uşaqlarından sui-istifadə edir. Şamaxıda evləri var, ərinin ata mülküdür, orada qeydiyyatdadırlar. Əsirlikdə olan, başlarına min zülm gətirilən insanlar heç vaxt onun kümi hərəkətə yol verməyiblər. Yalandan deyir ki, mən köçkünəm. Onlara sosial ev verilsə də, imtina ediblər. Bu uşaqlar Qəyyumluq Komisiyası tərəfindən valideynlərindən alınmalıdır”.

Qeyd edək ki, sosial şəbəkələrdə 4 uşaqla 2 aydan yuxarıdır küçələrdə məskunlaşan ananın videogörüntüsü yayılıb. Leyla Sayadova adlı qadın Qarabağ müharibəsi zamanı başından güllə yarası aldığını deyib və özünü 1-ci qrup əlil kimi təqdim edib.