Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Sosial / Neftlə çirkləndirilmiş torpaqların xəritəsi yaradılacaq

Neftlə çirkləndirilmiş torpaqların xəritəsi yaradılacaq

ETSN-də “Ekoloji gündəm medianın və ictimaiyyətin baxış prizmasında: ətraf mühit sahəsində görüləcək işlər və təhlillər” mövzusunda QHT və media nümayəndələri ilə dialoq təşkil olunub.

Tədbirdə çıxış edən Ekologiya Nazirliyinin aparat rəhbəri Vüqar Kərimov qeyd edib ki, 2019-cu ildə Azərbaycanın çirklənmiş ərazilərini əhatə edən xəritə hazırlanacaq. Sovet dövründən kifayət qədər çirklənmiş ərazilər qalıb.

O, qeyd edib ki, çirklənmiş əraziləri təmizlədikdən sonra ərazi sıralanacaq. Həmin ərazilər müxtəlif məqsədlərlə istifadə olunacaq.

V.Kərimovun sözlərinə görə, may ayından bütün ictimai iaşə obyektlərinin sahiblərinə atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün obyektlərdə təmizləyici qurğuların quraşdırılması ilə bağlı xəbərdarlıq bildirişi göndərilib: “Çox təəssüf edirəm ki, ilk xəbərdarlığa əhəmiyyət verilmədi. Nəticə olaraq, sentyabr ayında yalnız bir şadlıq evində təmizləyici qurğu quraşdırıldı. Ancaq artıq 474 iaşə obyektindən 307-də təmizləyici qurğu quraşdırılıb. Onların 277-sinin fəaliyyəti Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş normalar daxilindədir”.

Kərimov əlavə edib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi təmizləyici qurğu quraşdırmayan 43 iaşə obyektinin fəaliyyətinin dayandırılması iddiası ilə məhkəməyə müraciət edib. 3 iaşə obyektinin fəaliyyəti dayandırılıb.

V.Kərimov əlavə edib ki, daş karxanalarından da atılan tullantılar norma daxilində olmalıdır.

Dialoq formatında davam edən görüşdə Nazirlik tərəfindən başlanılan aksiyalar və keçirilməsi nəzərdə tutulan tədbir və layihələrlə bağlı məlumatlar verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb, ekoloji məsələlərin həllində ictimaiyyətin və medianın rolu barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun

“OMİD” 10 min manatədək cərimə oluna bilər – Məhkəmə davam edir

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən birinə sahiblik edən …