Cümə , Yanvar 18 2019
Ana səhifə / Sosial / Nazirlik: Məktəblərin istiliklə təchiz edilməsi sahəsində olan problemlər aradan qaldırılır

Nazirlik: Məktəblərin istiliklə təchiz edilməsi sahəsində olan problemlər aradan qaldırılır

“Azərbaycanın bütün məktəblərində istilik sistemləri hər il olduğu kimi, bu il də noyabr ayının 15-dən işə düşəcək”.

Bunu “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd olunub ki, Bakı və regionlardakı təhsil müəssisələrinin qış mövsümünə hazırlığı ilə bağlı bu ilin yayından müvafiq işlər aparılır.

“Qarşıya çıxan problemlər aradan qaldırılır. Bəzi təhsil müəssisələrində daxili istilik sistemində problemlər olmasa da, müəyyən çətinliklər aşkarlanır. Bu məsələlərin həlli istiqamətində cavabdeh qurumlarla işlər aparılmaqdadır”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Ekoloq: Bakı “küləklər şəhəridir”, ona görə də heç kim qorxmamalıdır

Bu gün saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal …