Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Nazirdən 6 ayın hesabatı – “Bu sahədə çətinliklər var”

Nazirdən 6 ayın hesabatı – “Bu sahədə çətinliklər var”

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 1044 vakansiya elan olunub”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mətbuat konfransında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, indiyə qədər imtahandan keçən 300 gənc insan işə qəbul edilib:

“Mənim niyyətim burada gənclərdən ibarət ciddi kadr potensialı yaratmaqdır. Hələ 1000 nəfər də gətirəcəm. Sosial işdə cavanların olması vacibdir.
Özüm 6 aydır bu sahədə çalışıram və çətinlikləri görürəm”.

S. Babayev müavin və müşavirlərindən danışıb: “Müavinlər prezident tərəfindən təyin olunur. İşdən çıxan müavinlər öz sahəsinin peşəkarıdırlar və gələnlərin də elə olacağını gözləyirik.

Müşavirlərim var və onların təcrübəsindən ciddi şəkildə istifadə edirik. Bu, işlək və uğur verən bir sxemdir”.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …