Cümə , Aprel 26 2024
Ana səhifə / Sosial / Naxçıvanda 11 minlik yararsız məhsullar aşkarlandı

Naxçıvanda 11 minlik yararsız məhsullar aşkarlandı

Naxçıvan Muxtar Respublikasında istehlakçıların hüquqlarının qorunması, dахili bаzаra nəzarət və keyfiyyətin yüksəldilməsi üçün 105 halda topdan və pərakəndə ticarət, istehsal müəssisəsi və xidmət obyektində nəzarət tədbirləri həyata keçirilib.

Azinforum.az-ın məlumatına görə, 11609 manat dəyərində istehlak müddəti bitmiş məhsullar aşkar olunaraq ticarət dövriyyəsindən çıxarılıb, 644 yerli və idxal ərzaq məhsullarından nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlil edilib, 8 mənşə sertifikatı verilib.

“Qaynar xətt” vasitəsilə 760 sahibkarlıq subyekti ilə maarifləndirmə istiqamətində iş aparılıb, sahibkarlıq fəaliyyətinə maneələr törədilməsi ilə bağlı sahibkarlıq subyektlərindən daxil olan şikayətlərə mütəmadi olaraq baxılıb və müvafiq köməklik göstərilib.

Həmçinin oxuyun

Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – SİYAHI

Azərbaycanda 148 qeyri-dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.Qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin 84,5%-i və ya 125-i …