Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Nəqliyyat Agentliyindən sərnişinlərə “külək müraciəti”

Nəqliyyat Agentliyindən sərnişinlərə “külək müraciəti”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 9-da paytaxtda güclü külək olacağı ilə bağlı xəbərdarlıq edib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) virtualaz.org-a verilən məlumata görə, sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmaları xahiş olunur.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etsinlər.

Həmçinin oxuyun

Neftin qiymətində olan artım maaş və pensiyalara təsir edəcək? – VİDEO  

Hazırda dünya bazarında brend markalı neftin qiymətində artımlar müşahidə olunur. Bəs bu artımlar pensiya və maaşların …