Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Nəqliyyat agentliyi sahibkar özbaşınalığından şikayət edir

Nəqliyyat agentliyi sahibkar özbaşınalığından şikayət edir

Zəbt edilərək yerində obyekt tikilən daha bir dayanacaq məntəqəsi Binəqədi şosesində, daha dəqiq Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında yerləşir.

Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2017-ci ilin sonlarına qədər burada dayanacaq məntəqəsi mövcud olub: “Lakin günün birində ərazi hasara alınıb və yerində 3 mərtəbəli obyekt tikilib. Tikinti zamanı piyada səkisi də zəbt edilib. İstər ordan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar.

Artıq fəaliyyətdə olan obyektə gələnlər nəqliyyat vasitələrini burada qanunsuz park edirlər ki, bu da onsuz da təhlükəli olan vəziyyəti daha da ağırlaşdırır”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …