Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Milli Şuranın mitinqi davam edir – YENİLƏNİB, FOTOLAR

Milli Şuranın mitinqi davam edir – YENİLƏNİB, FOTOLAR

Bu gün Milli Şura mitinq keçirir.
Mitinqin keçirilməsi üçün “Məhsul” stadionu seçilib. Aksiyada bəzi müxalif partiyaların iştirakı da ehtimal olunur.
Müsavat Partiyasının isə bu mitinqdə iştirak etmək qərarının verilməsini öz üzvlərinin öhdəsinə buraxdığı bildirilir.
Onu da qeyd edək ki, Milli Şuranın bu gün keçirəcəyi mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
Musavat.com-un əməkdaşının verdiyi məlumata görə, mitinq iştirakçıları “Məhsul” stadionuna toplaşıblar.
Aksiyanın başlanmasından sonra çıxış üçün ilk söz AXCP sədri Əli Kərimliyə verilib.
Ə.Kərimli hökumətin iqtisadi siyasətinni tənqid edərək, bildirib ki, manatın ucuzlaşması fonunda bir sıra sosial problemlər daha çox qabarmağa başlayıb.
O, hökuməti israfçılıq etməməyə çağırıb. Ə.Kərimli sosial müdafiəyə ehtiyacı olan vətəndaşları da düşünməyə çağırıb.
Əli Kərimli daha sonra deyib: “Keçən mitinqdə Azərbaycan hakimiyyətindən məsuliyyət tələb etdik. Amma heç nə dəyişmədi. Hakimiyyət mənasız layihələrinə davam etdirir. Xalq ehtiyac içində yaşayarkən, hakimiyyət oyunlara milyardlar xərcləyir. Ölümcül xəstəliyə düçar olmuş vətəndaşlarımız müalicə üçün pul tapa bilmir. Öz ölümünü gözləyir. Hakimiyyət isə oyunlara, mənasız şeylərə milyardlar xərcləyir”.
Sonra isə Gültəkin Hacıbəyli çıxış edib: “Hakimiyyət bu böhrana xalqı özü salıb. Çıxarmaq üçün isə islahatlar aparmaq əvəzinə, sadəcə, dua edir”.
Daha sonra Oqtay Gülaliyev çıxış edib: “Azərbaycan dünya ölkələri arasında siyasi məhbuslara görə ilk yerlərdən birini tutur. Bu hakimiyyət bizim haqqımızı, azadlığımızı, səsimizi oğurlayır. Çünki bu hakimiyyət bilir ki, bu gün haqqına sahib çıxan, sabah dövlətinə də sahib çıxacaq. Buna görə, neçə-neçə öz haqqı tələb edənlər hazırda həbsdədirlər. Bu yaxınlarda əfv sərəncamı ilə azadlığa buraxılanların böyük hissəsi cinayət törətmiş şəxslərdir. Hakimiyyət onları azad edir, amma təmiz, dürüst insanları həbsdə saxlayır”.
Mitinqdə Milli Şuranın sədri Cəmil Həsənli də çıxış edib: “Bu gün bu millətin haqqını və hüququnu qorumaq üçün bu meydana gəlmiş sizlərə eşq olsun. 20 il ərzində bu hakimiyyətin yeganə istehsalı yalandır. Bu ölkədə iqtisadiyyat yoxdur, neft var. Neftdən pul gəldikcə sağa, sola xərcləyirdilər. Elə bilirdilər ki, dövləti idarə edirlər. Amma neft ucuzlaşan kimi, hər şey ortaya çıxdı”.
Musavat.com 











Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …

Bir cavab yazın