Çərşənbə axşamı , Yanvar 22 2019
Ana səhifə / Sosial / Milli qəhrəman övladlarının, əlillərin təhsil haqqı ödəniləcək

Milli qəhrəman övladlarının, əlillərin təhsil haqqı ödəniləcək

Gənclər Fondu bu gündən etibarən təhsil xərclərinin maliyyələşdirilməsi üzrə ərizə qəbuluna başlayıb. “Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər qrupuna daxil olan istedadlı gənclərin təhsil xərclərinin maliyyələşdirilməsi həyata keçiriləcək.

Maliyyələşmə zamanı tələbənin davamiyyəti və təhsil göstəriciləri əsas götürüləcək.

Maliyyələşmə təhsil haqqı xərclərinin tam və ya qismən qarşılanmasını nəzərdə tutur.

Müraciət etmək istəyənlər Fondun rəsmi (www.youthfoundation.az) saytında qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydada doldurub, sayt üzərindən Fonda göndərməlidirlər.

Fond tərəfindən, aşağıda qeyd edilmiş kateqoriyalara aid olan şəxslərə üstünlük veriləcəkdir:

Milli qəhrəman övladları;

I, II və III qrup əlil olan gənclər;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları;

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər;

I qrup əlil valideyni olan gənclər;

Hər iki valideyni əlil olan (I,II III qrup) gənclər;

Aztəminatlı ailədən olan gənclər.

Müsabiqəyə 3 Ali təhsil müəssisələrinin əyani/qiyabi təhsilalma formaları üzrə, bakalavr/magistr təhsil pillələrində olan tələbələr müraciət edə bilərlər.

Müsabiqənin 18 noyabr tarixinə kimi davam edəcək.

VIPedu.BIZ

Həmçinin oxuyun

Azərbaycanda nikaha girən və boşananların sayı açıqlanıb

2018-ci ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 56 min 888 nikah və 13 min 655 …