Ana səhifə / Sosial / Metroda gediş haqqı artırılır? – VİDEO

Metroda gediş haqqı artırılır? – VİDEO

“Tarif Şurası iclas edib və qərar versə ki, gediş haqqında qiymət artımı olmalıdır, “Bakı Metropoliteni” icraedici qurum kimi qiymətləri qaldıracaq”.
Bunu Real TV-yə müsahibəsində “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.
O bildirib ki, metroda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına heç bir müraciət edilməyib.
“Metro sosial yönümlü layihədir. Zərərlə işləyən təşkilat olmağımıza baxmayaraq hər il Azərbaycan hökuməti “Bakı Metropoliteni” QSC-yə dotasiya ayırır. Buna baxmayaraq tariflərin qaldırılması ilə bağlı müraciət edilməyib”, – deyə qurum rəsmisi qeyd edib.
Nəsimi Paşayev yay aylarına qədər yeni komfortlu qatarların alınacağını da bildirdi.
Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …