Meşələr qəsdən yandırılıb?

“Son günlərdə müşahidə olunan meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib”.

Bunu mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, iyulun 28-də Altıağac Milli Parkının ərazisinə keçən və 70 hektar ərazini əhatə edə yanğınlar tamamilə söndürülüb: “Yanğınlar üç gün davam etdi. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və aviasiya dəstəsinin operativliyi nəticəsində yanğının qarşısı alındı”.

H.Əlizadə qeyd edib ki, şübhəli şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub: “Hazırda araşdırmalar davam etdirilir”. (Report)

Zdrave universal kremi zdrave forte