Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Sosial / Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir

Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib.

“Qafqazinfo” xəbər verir ki, Şöhrət Qasımovun Fondun “Regional İnkişaf” İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb.

Ev Heydər Əliyev Fondunun vəsaiti hesabına Şöhrət Qasımova məxsus həyətyanı sahədə inşa olunacaq.

Yeni evin tikintisinin yaxın müddətdə yekunlaşması nəzərdə tutulur.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …