Ana səhifə / Sosial / Mədət Quliyev əmr verdi, general idarə rəisi oldu

Mədət Quliyev əmr verdi, general idarə rəisi oldu

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində yeni təyinat baş tutub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan milli təhlükəsizlik nazirinin birinci müavini general-leytenant Mədət Quliyevin əmri ilə general-mayor Hafiz Musayev nazirliyin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinə rəis təyin edilib. H.Musayev bu vəzifəyə qədər həmin idarənin rəis müavini olub.

Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev bununla bağlı dəqiq məlumatı günün sonunda verə biləcəyini deyib.

Xatırladaq ki, adıçəkilən idarənin rəisi Nizami Şirinov ötən gün M.Quliyevin əmri ilə tutduğu vəzifədən azad olunub/

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın