Ana səhifə / Sosial / “Lavrova dedim ki, Qarabağ problemi həll olunmalıdır” – Çavuşoğlu

“Lavrova dedim ki, Qarabağ problemi həll olunmalıdır” – Çavuşoğlu

“Qardaş çətin günlərdə bəlli olur. Türkiyədə çevrilişə cəhd zamanı biz bu qardaşlığın şahidi olduq”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib.

M.Çavuşoğlu deyib ki, Ermənistanın Azərbaycan torpaqlarınadan çıxması lazımdır: “Biz problemin həlli üçün əlimizdən gələni edirik”.

Türkiyə rəsmisi Məmmədyarovla görüşdə enerji layihələri ilə bağlı müzakirələrin də aparıldığını deyib: “TANAP bizim ortaq layihəmizdir. Biz bunun zamanından tez başa çatdırılmasına çalışırıq. Əvvəlcə Azərbaycan qazı Türkiyəyə, sonra Avropaya ixrac olunacaq”.

Çavuşoğlu Türkiyəyə səfəri zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyini vurğulayıb: “Türkiyə olaraq öz mövqeyimizi Lavrovla görüşdə bildirdik. Vurğuladım ki, tezliklə bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Hesab edirəm ki, tez bir zamanda münaqişə ilə bağlı nəticə əldə olunmalıdır”. (AzVision.az)

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …

Bir cavab yazın