Şənbə , Aprel 20 2024
Ana səhifə / Sosial / Kirayə mənzil bazarında vergi qaçaqçılığı…

Kirayə mənzil bazarında vergi qaçaqçılığı…

Ramil Osmanlı: “Vergilər Nazirliyi ilə yanaşı, yerli icra hakimiyyəti və polis orqanları da bu məsələyə cəlb olunmalıdır”

Son illərdə hökumətin vergi siyasətinə tətbiq olunan dəyişikliklərdən sonra bir çox sahələrin, o cümlədən kirayə mənzillərin də vergiyə cəlb olunmasına qərar verildi. Belə ki, artıq evlərini kirayə verən şəxslər də dövlətə vergi ödəməlidirlər.

Məlum olduğu kimi, avqustun sonlarından başlayaraq kirayə bazarında canlanma başlayır və payız aylarında  tendensiya davam edir. Bu ərəfədə minlərlə kirayə sövdələşməsi baş tutsa da, əksəriyyəti müqavilə ilə rəsmiləşdirilmir və vergidən yayınmış olur. Bakıda 4 milyona yaxın insanın məskunlaşdığını və onların ən azı dörddəbirinin kirayə mənzillərdə  yaşadığını nəzərə alsaq, hər il büdcədən nə qədər böyük məbləğdə bir vəsaitin yayındığını hesablamaq olar.  Qanunun tələbinə görə, vətəndaş evini kirayə verirsə, vergi orqanına ərizə ilə müraciət edərək vergi orqanında uçota alınmalı və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN) əldə etməlidir. VÖEN-i olan vətəndaş kirayə haqqından əldə etdiyi gəlirdən dövlət büdcəsinə Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergi ödəməli və vaxtaşırı vergi orqanına gəlir vergisinin bəyannaməsini təqdim etməlidir.

Bəs görəsən, hazırda buna əməl edilirmi? Kirayə mənzil bazarında sövdələşmələrin rəsmiləşməsi və vergi ödənilməsi proseduru necə aparılır?

Ramil Osmanlı ile ilgili görsel sonucu

Mövzu il bağlı “Yeni Müsavat”a açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirdi ki,  Azərbaycan Respublikasının vergi qanunvericiliyində bu məsələ nəzərdə tutulub: “Fiziki şəxslər öz mənzillərini kirayə verdiklərinə görə gəlir vergisinə cəlb olunurlar. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanda kirayə sövdələşmələri, razılaşmalar əksər hallarda  rəsmiləşdirilmir.  Bu öhdəliklər müqavilə ilə həllini tapmır. Ona görə də vergidən yayınma halları baş verir. Yəni vergidən yayınma hallarına səbəb olan əsas məsələ kirayə müqavilələrinin rəsmiləşdirilməməsidir.  Təəssüflər olsun ki, hazırda Vergilər Nazirliyinin bu cür resursları mövcud deyil ki, onlar ən azı Bakı şəhərində qeyri-rəsmi olaraq  kirayə verilmiş mənzilləri araşdırıb tapsınlar. Həmçinin onlar haqqında hər hansı vergi sanksiyası və ya cərimələr tətbiq etsinlər, qanuni fəaliyyət göstərməyə cəlb etsinlər. Hesab edirəm ki, Vergilər Nazirliyi ilə yanaşı müvafiq yerli icra hakimiyyəti  orqanlarının əməkdaşları, o cümlədən polis orqanları bu məsələyə cəlb olunmalıdırlar. Əks halda, mən düşünmürəm ki, bu problemin həll edib aradan qaldırmaq mümkün olsun”.

Qeyd edək ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən isə daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.  Lakin bəzən vergi ödəyiciləri kirayə müqavilələrində icarə haqqının məbləğini faktiki məbləğdən az göstərir, bir çox hallarda isə mənzillər heç bir rəsmiləşmə olmadan icarəyə verilir. Belə olan halda vergidən yayınan şəxslərə qanunvericiliklə müəyyən edilmiş inzibati cəzalar tətbiq oluna bilər. Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, kirayə haqqının məbləği müqavilədə tam göstərilmədiyi və ya əmlak müqaviləsi olmadan icarəyə verildiyi halda vergi orqanları icarə müqaviləsində göstərilən qiymətlə deyil, bazar qiymətləri əsasında vergiləri hesablamaq səlahiyyətinə malikdir. Mənzilini kirayə verənlər vergidən yayındıqda onun barəsində bu məsuliyyət tədbirləri tətbiq oluna bilər:

– Müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamağa və bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə, hər bir nöqsana görə ayrı-ayrılıqda 40 manat (yəni 80 manat) məbləğində maliyyə sanksiyası tətbiq edilir. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləğin faktiki məbləğə nisbətən azaldılmasına, habelə vergi məbləğinin hesabat təqdim etməməklə yayındırılmasına görə azaldılmış və ya yayındırılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin oxuyun

Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir – VİDEO

Paytaxtın mərkəzi küçələrindən birində yerləşən Səməd Vurğun bağındakı oturacaqların bir çoxu yararsız vəziyyətdədir. Sözügedən bağdakı …