Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Kəndlini məhsulsuz qoyan doludan necə qorunmaq olar? – ŞƏRH

Kəndlini məhsulsuz qoyan doludan necə qorunmaq olar? – ŞƏRH

Mövsümdən və hava şəraitindən asılı olaraq müxtəlif təbiət hadisələri baş verir.

Bəzən də bu təbiət hadisələri sözün əsl mənasında təbii fəlakətə çevrilir, ictimai həyatın bütün sahələrinə böyük zərər verir.Təbiət hadisələrinin daha çox zərər vurduğu sahələrdən biri də kənd təsərrüfatıdır.Xüsusən də, yaz və yay aylarında güclü yağışlar, dolu kənd təsərrüfatına, əkin sahələrinə böyük ziyan vurur.Ziyanın miqyası müxtəlif olsa da nəticə dəyişmir.Dolunun bu sahəyə nə kimi ziyanları var və bundan necə qorunmaq olar?

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Cebhe.info-ya açıqlamasında bildirib ki, ümumiyyətlə, Azərbaycanın kənd təsərrüfatı istehsalı üçün bir sıra risklər mövcuddur: 

“Bunlardan biri də ilkin yazda, xüsusən dağlıq ərazilərdə bəzən də aran bölgələrində rast gəlinən dolu hadisələridir. Hesablamalar göstərir ki, dolu kənd təsərrüfatına 70%-dən çox ziyan vuran təbii faktorlardan biridir.Nəzərə alsaq ki, Azərbaycanda ənənəvi olaraq taxılçılıq və meyvəçilik geniş yayılıb.Dolu xüsusən bu iki sahə üzrə ciddi təhlükə yaradır.Dolu yağması nəticəsində taxıl yatır və bitkinin boy verməsi mümkün olmur”.

O həmçinin bildirib ki, biçin zamanında hər hektar sahədə təxminən 50 faiz məhsul itkiyə gedir: 

“Taxıl bir daha özünü qaldıra bilmir, nəticə kombaynlar da taxılı çox aşağıdan biçə bilmir. Dolunun ikinci zərbə vurduğu istiqamət meyvəçilikdir.

Azərbaycan iqliminə görə bu ağacların çiçəkdən çıxıb bar vermə dövrünə qədəm qoyanda baş verir. Bu təxminən aprel ayının ortaları, may ayının əvvəllərinə təsadüf edir. Hər il biz hər iki sahə üzrə dolunun müxtəlif bölgələrdə böyük ziyanlar vurduğunu müşahidə edirik. Eyni zamanda ənənəvi əkinçilik sahələrindən biri də kartofçuluqdur.Dolu bu sahə üçün daha təhlükəli bir amil sayılır.Çünki, kartof kökümeyvəlilər cinsinə daxil olan bitkidir.Onun meyvəsi kökündə olur, amma onu əsas olaraq fizioloji inkişaf etdirən yaşıl kütləsidir.Yaşıl kütləni dolu vuraraq yatırdır və nəticədə onun meyvələrində inkişaf dayanır.Bu mənada Azərbaycan kənd təsərrüfatı üçün bir çox risklərin olduğu coğrafi iqlim qurşağında yerləşir və buraya doluya bərabər bir çox risklər daxildir”.

Dolunun risklərindən və ziyanından necə qorunmaq olar? Sualı cavablandıran ekspert qeyd edib ki, Sovet dövləti bunun qarşısını almaq üçün bir sıra primitiv üsullardan istifadə edirdi: 

“Müxtəlif nöqtələrə toplar qoyulurdu. Əvvəlcədən verilən hava proqnozu əsasında hərəkət edən buludlar toplar vasitəsi ilə dağıdılırdı və dolunun mənfi təsirləri müəyyən faizi aşağı salına bilirdi.

Müasir dövrdə bunun alternativi iqtisadi alət deyilən kənd təsərrüfatını sığorta sistemdir.Lakin biz hazırda kənd təsərrüfatına tədbiq oluna sığorta sistemindən danışa bilmərik. Hər il istehsalçılarımız dolu və digər təbiət hadisələrinin təsirindən ziyan çəkir, 50-70 % faizi civarında məhsulun itkiyə getməsi ilə ziyana düşürlər. Və biz hesab edirik ki, optimallaşdırma aparılarsa, kənd təsərrüfatına sığorta sistemi tədbiq olunarsa bu cür hallarda biz istehsalçıları müdafiə edə bilərik”.

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …