Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Sosial / İranın müdafiə naziri: “Biz İsrailin Azərbaycandakı iştirakına dözə bilmərik”

İranın müdafiə naziri: “Biz İsrailin Azərbaycandakı iştirakına dözə bilmərik”

Bu gün İranın müdafiə naziri, general Hüseyn Dehqan Rusiyanın əsas təbliğat maşını olan “Rossia Today” telekanalına müsahibə verib. 

Müsahibə əsasən Suriyadakı vəziyyətə, Hələbin müxaliflərdən təmizlənməsinə və Rusiya ilə bu məsələdə müttəfiqliyə həsr olunub. Lakin müsahibənin sonunda telekanalın əməkdaşı qəfildən İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərini yada salır və İran müdafiə nazirinə belə sual verir:

-İsrailin baş naziri Benyamin Netanyahu bu günlərdə Azərbaycana səfər etdi. Orada silah təchizatına dair müqavilə bağlandı, təhlükəsizlik və hərbi sahədə əməkdaşlığa dair razılaşmalar əldə olundu. Netanahu sizin şimal qonşunuzun-Azərbaycanın ərazisində olarkən antiiran bəyanatı ilə çıxış etdi. Siz İsraillə Azərbaycan arasındakı bu əməkdaşlığı necə qiymətləndirirsiniz?

General Hüseyn Dehqan isə bu suala cavab olaraq deyib:

-Biz Azərbaycandakı dostlarımızın diqqətinə çatdırmışıq ki, İsrailə bu regiona çıxış imkanı vermək onların xeyrinə olmayacaq. İran buna dözməyəcək. Lakin bu, onların qərarıdır, onların məqsədlərinə çatması və maraqlarının təmin olunması naminə qəbul olunub. Və biz buna qarşı çıxa bilmərik.

Hesab edirəm ki, bizim Azərbaycandakı dostlarımız bunu başa düşməlidir: regionda və onun hüdudlarından kənarda bir çoxları Azərbaycanla İran arasında strateji münasibətlərin yaranmasını istəmir və buna mane olmağa çalışır. Əlbətdə, Azərbaycan prezidenti bizimlə münasibətlərin inkişafına çalışır. Ancaq digər qüvvələr var ki, işə qarışır və təsir göstərir. Netanyahunun təhdidinə gəldikdə isə biz onu tanımırıq, hətta qulaq asmağa da hazırlaşmırıq ki, o, nə deyir. Boş sözlərə vergi tutulmur. Qoy nə deyir desin, yorulana qədər.

Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu Bakıya səfəri zamanı verdiyi bəyanatlarda İran barədə bir kəlmə də işlətməyib, bu ölkənin ünvanına heç bir təhdid səsləndirməyib. Ancaq Bakıdan sonra Astanaya səfər edən Netanyahu prezident Nursultan Nazarbayevlə görüşündə İrana mesaj göndərib. Netanyahu bir neçə gün sonra İran prezidenti ilə görüşəcəyini deyərək İsrail baş nazirindən soruşub ki, Həsən Ruhaniyə onun vasitəsilə hansı mesajı çatdırmaq istərdi. Benyamin Netanyahu isə xahiş edib ki, onun adından İran prezidentinə bu mesajı çatdırsın: biz dovşan yox, pələngik. Bizi təhdid edəndə nəzərə alın ki, bununla özünüzü də təhlükəyə atmış olursunuz…

Və “Rossia Today” nəyə görəsə İsrail baş nazirinin məhz Azərbaycan ərazisindən İranı hədələdiyi haqda sual verib… (Virtualaz.org)

VIPedu.BIZ

Həmçinin oxuyun

Bina evlərində otaqların sayını artırmaq problem yarada bilər (VİDEO)

Vətəndaşlar bir çox hallarda yeni tikilən yaşayış binalarından mənzil alarkən otaqların sayını artırırlar. Amma bəzi …

Bir cavab yazın