Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Sosial / İcra başçısının fotoları vurulan məktəbli kitabçaları şagirdlərə paylanıldı – FOTOLAR

İcra başçısının fotoları vurulan məktəbli kitabçaları şagirdlərə paylanıldı – FOTOLAR

Abşeron rayonu ərazisində fəaliyyət göstərən məktəblərdə şagirdlərə içərisində Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın fotoları olan məktəbli kitabçası paylanılıb. 
Bu barədə demokrat.az-a övladı Abşeron rayonu ərazisindəki məktəblərdən birində təhsil alan şagirdin valideyni tərəfindən məlumat verilib.
Eyni zamanda sözügedən məktəbli kitabçasının fotoları da redaksiyamıza göndərilib.
Fotolardan da aydın olur ki, məktəbli kitabçasının içərisinə vurulan fotolar icra başçısı İradə Gülməmmədovanın Novruz şənlikliklərindən birində iştirakı zamanı çəkilib.
Məlumatda qeyd olunur ki, bu cür gündəliklər rayonun digər məktəblərində də şagirdlərə verilib.
Abşeron Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirilməyib.

Həmçinin oxuyun

Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi – VİDEO

Paytaxtın Nərimanov rayonu, Nadir Əliyev küçəsinin vəziyyəti bərbad haldadır. Yolun təmirini isə heç bir qurum …