Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / Sosial / Hövsandakı Quşçuluq kompleksinin direktoru cərimələndi

Hövsandakı Quşçuluq kompleksinin direktoru cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Suraxanı rayonunun Hövsan kəndinin ərazisində fəaliyyət göstərən Quşçuluq kompleksindən ətrafa yayılan kəskin qaz qoxusunun gəlməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər departamentlərinin mütəxəssisləri həmin ünvanda monitorinq və araşdırma aparıblar.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, həmin ərazinin atmosfer havasından nümunə götürülərək analiz olunub. Analizlərin nəticələrinə görə nümunələrdə etil-benzolun sanitar normadan 5,4 dəfə çox olduğu müəyyən edilib. Faktla bağlı Quşçuluq kompleksinin direktoru Emin Sadıqov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimələnib.

VIPedu.BIZ

Həmçinin oxuyun

“Azəriqaz” İB Xəzər rayon sakinlərini qanunsuz cərimələyib – vətəndaş ŞİKAYƏTİ

Xəzər rayon sakinləriAZİA.AZ saytının redaksiyasına məktubla müraciət ünvanlayıblar. Müraciətdə göstərilir ki,“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları 2018-ci …