Şənbə , Oktyabr 20 2018
Ana səhifə / Sosial / “Hökumətin məktəb binaları ilə bağlı heç bir qərarına əməl edilmir” – EKSPERT

“Hökumətin məktəb binaları ilə bağlı heç bir qərarına əməl edilmir” – EKSPERT

2016-cı ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara görə, məktəb binaları yaxınlığında kafe, otel, restoran kimi iaşə obyektləri, tütün və tütün məmulatları, spirtli içkilər satılan obyektlərin fəaliyyət göstərməsi tövsiyə edilmir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspertin sözlərinə görə, məktəb binaları ilə bağlı heç bir tövsiyə və qərara əməl edilmir: “Vacib bir məsələni də qeyd etmək istəyirəm. İstər orta, istərsə də ali məktəblərin aktiv giriş və çıxış yerlərinin iri prospekt, gur avtomobil yoluna birbaşa açılması tövsiyə olunmur. Şagird və tələbələr təhsil müəssisələrinə daxil olanda və ordan çıxanda onların həyatını təhlükəyə məruz qoya biləcək risklər nəzərə alınmalıdır.

Qanunvericiliklə müəyyən edilmiş qaydalara görə, məktəb binası aktiv fəaliyyət göstərən avtomobil yollarından 100-120 metr məsafədə yerləşməlidir. Təəssüf ki, istər Bakı şəhəri üzrə, istərsə də digər regionlarda orta məktəb binaları yol kənarında, aktiv avtomobil yollarının 15-20 metrliyindədir.

Yaxşı olardı ki, məktəbə giriş-çıxış azı 4 -5 yerdən olsun. Bu yerlər də yoldan uzaq olsun. Bu, şagirdlərin məktəbə daxil olması və dərsdən çıxışı zaman sıxlığın aradan qaldırılmasına şərait yaradar”.

Ekspert qeyd edib ki, Bakı şəhəri və regionda yerləşən bir çox orta məktəb binasının yaxınlığında yüksək səsli restoran, yemək qoxusu və tüstü yayılan kafe, nərd, domino oyunları oynanan səs-küylə çayxanalar fəaliyyət göstərir.

Həmçinin oxuyun

Bakıda havaya zəhər buraxan qeyri-leqal sexlər bağlanır -FOTOLAR

Bakının Nərimanov rayonu, Nəsrulla Nəsrullayev küçəsi, 5 ünvanında “Bakı Elektriktökmə” ASC-nin ərazisində qeyri-leqal fəaliyyət göstərən …