Şənbə , Fevral 16 2019
Ana səhifə / Sosial / Göyçayda təmir olunan körpü yenidən çökdü (FOTOLAR)

Göyçayda təmir olunan körpü yenidən çökdü (FOTOLAR)

İyunun 2-də Göyçay çayına gələn sel nəticəsində uzunluğu 76 metr olan körpünün dağılan 20 metrlik hissəsi yenidən bərpa olunsa da, bu gün həmin ərazidə çökmə baş verib.
Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnikaları cəlb olunub.
Bu gün səhər saatlarından indiyədək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindən keçən hissəsində nəqliyyatın hərəkətində fasilələrlə çətinliklər yaranıb. Körpüdə bərpa işlərinə başlanıb. Bir neçə dəfə yol bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşıb və sonradan açılıb.
Hazırda yola yenidən asfalt örtüyünün vurulması ilə əlaqədar körpünün üstündən avtomobillərin keçidi tamamilə dayanıb, tıxac yaranıb.
Qeyd edək ki, selin dağıtdığı avtompbil körpüsü bərpa işlərindən sonra iyunun 23-də istifadəyə verilmişdi. (APA)

Həmçinin oxuyun

Bakıda nə qədər işsiz var? – Açıqlama

2018-ci il ərzində Bakıdakı məşğulluq xidməti orqanlarının işsiz statusu verdiyi şəxslərin və işsizlikdən sığorta ödənişi …