Çərşənbə axşamı , Dekabr 11 2018
Ana səhifə / Sosial / Gömrükdə ton yarım nərə balığı aşkarlandı -VİDEO

Gömrükdə ton yarım nərə balığı aşkarlandı -VİDEO

Gömrük əməkdaşları 1 tondan artıq nərəcinsli balığın ölkəyə qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.

Əvvəlcə Kamazın yük yerinə baxış keçirilib. İlk baxışdan orda heç nə olmadığı hiss olunsa da, sonradan otların altındakı sellofanlardan balıqlar çıxıb.

Bu görüntülər Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən yük maşınına baxış keçirilərkən çəkilib. Külli miqdarda nərə cinsli balığın qanunsuz yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb. Belə ki, Bakı Baş Gömrük İdarəsinə Qazaxıstan Respublikasının Aktau limanından Bakı şəhərinə gəmi vasitəsi ilə gətirilən və Ramin Məmmədova məxsus yük maşınında nərə cinsli balığın olması barədə məlumat daxil olub.

Həmin nəqliyyat vasitəsinə beynəlxalq dəniz ticarət limanında gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gizlədilən, içərisində dəniz suyu olan sellofana bükülmüş vəziyyətdə – ümumi çəkisi 1 ton 408 kiloqram olan 496 ədəd nərə cinsli balıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

VIPedu.BIZ

Həmçinin oxuyun

Paytaxt süpürgəçilərindən çağırış: “Çörəyimizə bais olmayın”

Görəsən süpürgəçilərin özləri seçdikləri peşələri, həyatları, dolanışıqları barədə nə fikirdədirlər? Sputnik Azərbaycan-nın əməkdaşı bu suallara …