Ana səhifə / Sosial / Xətaidə “JEK” müdirlərinə qoyulan 3000 manat haqq qəssablardan toplanacaq?

Xətaidə “JEK” müdirlərinə qoyulan 3000 manat haqq qəssablardan toplanacaq?

Hər bir Mənzil İstismar Sahəsinin rəisi Qurban bayramı münsibəti ilə sahibkarlardan, ev sahiblərindən və mümkün olan bütün resurslardan istifadə edərək İcra Hakimiyyəti üçün 3000 manat vəsait toplamalıdır.
Milletinsesi.az-a etibarlı mənbədən verilən məlumata görə, bu sözləri Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Xalid Məmmədov dünən saat 3-4 radələrində keçirilən MİS rəisləri ilə keçirilən iclasda səsləndirib. O, xüsusi tapşırıq verərək bildirib ki ,bu vəsaitlə uşaq evlərinə, hərbi hissələrə, deputatlara və digər imtiyazlı və vəzifəli şəxslərə göndəriləcək qurbanlar alınacaq. Əgər “İşinin” öhdəsindən gəlməyən MİS rəisi olarsa, vəzifəsi ilə vidalaşacaq.
Mənbənin məlumatına görə, Xalid Məmmədov Xətai rayonundakı bütün qanuni və qanunsuz tikintilərin icazəsinə məsul edilmiş şəxsdir və Razim Məmmədova çox yaxındır.Onun əmrləri qeydsiz-şərtsiz yerinə yetirilir. Bu rəqəm çox böyükdür. Rayon ərzisində 20 MİS var və hər bir MİS-dən 3000 manat toplansa, 60 min manat vəsaitlə 400-500 baş qurbanlıq almaq olar. Bu qədər qoyun kimə lazımdır?
Qeyd edək ki, MİS rəisinin əmək haqqı 100-200 manat məbləğindədir və dövlət tərəfindən verilir. Digər gəlir mənbələri olmadığına görə, MİS rəisləri amansız oğurluğa başlayacaq. Yenə zərbə sadə vətəndaşa dəyəcək və artıq bu gündən JEK rəisləri əllərində siyahı ilə ət dükanlarının sahiblərinə Qurban bayramı günlərində ət kəsiminə görə 500 manat vermələrini bildiriblər. Haqqı ödəməyən qəssab, kəsimi həyata keçirə bilməyəcək.
Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinindən mövqe öyrənməyə çalışsaq da birliyin telefonlarına(012-372-32-57,012-372-25-97) cavab verən olmadı.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …