Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Sosial / Deputat kriminal avtoritetə “meydan oxudu”: “O, mənə nə edəcək?”

Deputat kriminal avtoritetə “meydan oxudu”: “O, mənə nə edəcək?”

Milli Məclisin deputatı Astan Şahverdiyev Rusiyada çalışan azərbaycanlılar haqqında səsləndirdiyi fikirlərin geniş etiraza səbəb olmasına və “Piter Elçin” ləqəbi ilə tanınan kriminal avtoritet Elçin İsmayılovun onu hədələməsinə münasibət bildirib.
A.Şahverdiyev  xalqı təhqir etmədiyini söyləyib:
“Mən müsahibəmdə Azərbaycan xalqını təhqir edən heç bir ifadə işlətməmişəm. Sadəcə olaraq, mən Rusiyada Vətəni, dövləti düşünməyən, əksinə, ancaq pul düşünən müəyyən adamlarla bağlı fikir söyləmişəm. Bunu da danmaq olmaz.
Çox təəssüf edirəm ki, müsahibəmi düzgün başa düşməyiblər. Baş verən hadisəni araşdırmaq üçün qəsəbəyə getmişdim. Həmin vaxtı çox əsəbi idim və mənə qəfil bu cür suallar verildi. Ancaq “Azadlıq” radiosu da məsələni şişirdərək, təqdim edib”.
Deputat “Piter Elçin” deyilən adamın hədələrindən qətiyyən çəkinmədiyini də söyləyib:
“Əgər o deyirsə ki, evimi yağmalayacaq və sairə, bunu edə bilər. Ondan nə desən çıxar! Ancaq mən heç kəsdən qorxub-çəkinmirəm, heç yerə də müraciət etməmişəm. “Piter Elçin” deyilən adamın təhdidlərindən qorxmuram. Bununla bağlı heç bir təhlükəsizlik tədbiri də görən deyiləm. O, mənə nə edəcək? Məgər mən onu təhqir etmişəm? Mənim fikirlərim Rusiyada yaşayan bütün azərbaycanlılara aid deyil. Əgər “Piter Elçin” özünü cəmiyyətin “adxod”u hesab edirsə, buyurub məni hədələsin!”.(Publika.az)

Həmçinin oxuyun

Birinci sinfə qəbul üzrə prioritet məktəblər – SİYAHI

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet …

Bir cavab yazın