Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Sosial / Bu şəxslərə pulsuz mənzillər veriləcək (VİDEO)

Bu şəxslərə pulsuz mənzillər veriləcək (VİDEO)

Bu il daha 850 Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunacaqlar. Qeyd edək təkcə ötən il 625 müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdu ki bu da illər üzrə rekor göstərici idi.

Dövlət başçısının sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına 35 milyon manat ayrılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri artıq nazirliyin saytına daxil olaraq növbəliliyi müəyyən edə bilərlər Qeyd edək ki, 1997-2018-ci illər ərzində Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil verilib.

Həmçinin oxuyun

Sabiq baş pediatr Nəsib Quliyev intihar edib – Rəsmi

Azərbaycanın sabiq baş pediatrı Nəsib Quliyev intihar edib.Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Bildirilib …