Cümə , Aprel 19 2024
Ana səhifə / Sosial / Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar

Bu il övladlığa verilən və övladlığı ləğv edilən uşaqlar

2018-ci ilin I yarısında Azərbaycanda övladlığa götürülmüş uşaqlar və övladlığa götürmənin ləğvi iləbağlı statistika açıqlanıb.

Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, ümumilikdə 458 nəfər övladlığa götürülüb. Onlardan 223 nəfəri qız, 235 nəfəri oğlandır.

Övladlığa götürülənlərdən 1 yaşa qədər olanlar 117 nəfər( 66 qız, 51 oğlan), 1-5 yaşda olanlar 191 nəfər (83 qız, 108 oğlan), 6-10 yaşda olanlar 87 nəfər ( 40 qız, 47 oğlan), 11-17 yaşda olanlar 63 nəfərdir (34 qız, 29 oğlan).

 

Hesabat dövründə övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 36 nəfər təşkil edib. Onlardan 11-i qız, 25-i oğlandır. Biri 1-5 yaş aralığında (qız), səkkizi 6-10 yaş aralığında (3 qız, 5 oğlan), iyirmi yeddisi 11-17 yaş aralığındadır (7 qız, 20 oğlan).

Həmçinin oxuyun

Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq

Dövlət İmtaham Mərkəzi (DİM) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “TAİS-İKF” MMC (VÖEN-1400019741) olub.Yeniavaz.com xəbər verir ki, …